Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə | 1news.az | Xəbərlər
Köşə

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə

13:55 - 25 / 04 / 2024
Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə

2016-cı il şanlı Aprel döyüşlərindən keçən 8 ilin ardından aprel ayı Azərbaycan xalqı üçün daha bir qürurlu tarixlə yaddaqalan olur. Mübarizə tariximizə kiçik xronoloji baxış keçirsək, baş verən hadisələrin məntiqi ardıcıllıqla şərtləndirdiyini görürük. Belə ki, atılan qətiyyətli addımlar heç də səbəbsiz deyildi.

Böyük zəfərin başlanğıcı kimi səciyyələndirdiyimiz döyüş tariximizin davamı 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi ilə oldu. Lakin İkinci Qarabağ - Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi.

Müharibə tariximizdən ötən üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoydu. Bu da azmış kimi, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa çalışdı. Bütün bunlar Ermənistan tərəfinin iki ölkə arasında sülh müqaviləsinin reallaşmasına razı olmadığının sübutu idi.

Təbii ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.Həm bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab, həm də düşmənin pozuculuq fəaliyyətinin önlənməsi məqsədilə suveren ərazilərimiz olan Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı.
Rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərini və döyüş vasitələrini neytrallaşdırdı.

Beləliklə, 2023-cü il 20 sentyabrında 24 saatdan da az müddətdəyekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Bununla da bir daha sübut olundu ki, Azərbaycan qüdrətli dövlətdir və ona qətiyyətli mövqeyə malik Ali Baş Komandan rəhbərlik edir. Məhz Prezident İlham Əliyevin planlı və uzaqgörən addımları nəticəsində işğaldan azad edilən Qarabağ bölgəsi indi sürətli yenidənqurma və bərpa dövrünün zirvəsini yaşayır.

Şübhəsiz ki, görülən işlər regiona yeni nəfəs gətirir. Olduqca qısa müddət ərzində Qarabağda yeni infrast­ruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi oluruq. Səkkiz aydan az bir müddətdə Füzuli şəhərində hava limanı inşa edildi. Hazırda isə Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin, o cümlədən Şuşa şəhərinin baş planı artıq hazırdır. Bütünlüklə minalarla əhatələnmiş Ağdamda isə həm minatəmizləmə işləri fasiləsiz davam etdirilir, həm də on minlərlə sakin üçün nəzərdə tutulan tamamilə yeni şəhər inşa olunur. Xatırladaq ki, "Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi oldu. Bundan sonra Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü. Ardınca Laçın şəhərinə əhalinin yenidən qayıdışı təmin edilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub.

İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Məhz Zəfər tariximizin davamı olaraq Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu reallığın növbəti təsdiqidir. Daha desək, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi başda Prezidentimizin tarixi uğurudur.Sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası istiqamətində atılan mühüm addımlardan biridir.

4 kəndin sülh yolu ilə geri qaytarılması həm də diplomatiyamızın tarixi qələbəsidir. Diplomatik bacarıq nəticəsi Cənubi Qafqazda sülhə hər vəchlə mane olan, daim Ermənistanı zirehli texnika, silah-sursatla təmin edən Fransa, Hindistan, İran kimi dövlətlərə də layiqli cavab oldu. Danışıqlarla əldə edən razılıq sübut etdi ki, hər nə qədər revanşist qüvvələr olsa da, nə qədər Qərbin təzyiqləri olsa da, Ermənistan Azərbaycanla yeni hərbi münaqişə niyyətində deyil. Sadalanan qüvvələr anlamasa da, rəsmi İrəvan yaxşı dərk edir ki, növbəti qarşıdurma Ermənistan üçün yalnız daha ciddi və ağır məğlubiyyət deməkdir.

Siyasi proseslər göstərir ki, kəndlərlə bağlı iki tərəfin razılaşmasından sonra da ermənipərəst qüvvələr, xüsusən Qərbdən idarə edilən tərəflər Ermənistana təzyiqləri artıracaq. Lakin bütün hallarda heç bir təzyiq və təxribatlar Azərbaycanın, Ali Baş Komandanın əldə etdiyi zəfərə kölgə sala bilməyəcək. Bundan sonra bölgədə sülhün əsas təminatçısı kimi Azərbaycanın liderliyi danılmazdır. Zamanla bütün şər qüvvələr bu gerçəkliyi, Azərbaycanın siyasi-diplomatik və hərbi gücünü qəbullanmağa məcbur olacaq.

Aydın Tağıyev

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist

Paylaş:
740

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOBu gün, 11:23
Bütün xəbərlər