İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Qafar Ağayev14:19 - 02 / 05 / 2024
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.

1news.az xəbər verir ki, Selvin Çarlz Hart BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.

Qonaq BMT-nin Baş katibinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətində olduğunu bildirdi.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını dedi.

Dövlətimizin başçısı vurğuladı ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir.

Azərbaycan Prezidenti vurğuladı ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan müsbət nümunəsi və yaşıl gündəliyi ilə iqlim dəyişmələri proseslərinə və iqlim fəaliyyətinə öz töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan bu sahədə əldə olunmuş gəlirləri ölkənin inkişafına sərf etməklə uğurlu inkişaf modeli nümayiş etdirir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda yaşıl keçid qarşıya hədəf kimi qoyulub və ölkəmizdə beynəlxalq tərəfdaşların da iştirakı ilə ciddi yaşıl enerji ixrac potensialı yaradılır.

Prezident İlham Əliyev qeyd etdi ki, bu günlərdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsi barədə yeni layihənin əsası qoyulub.

Qonaq vurğuladı ki, COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb. Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart ölkəmizin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə etdi.

***

11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
248

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOBu gün, 11:23
Bütün xəbərlər