Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB

16:36 - 01 / 05 / 2024
Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

1news.az xəbər verir ki, görüşdə dövlətimizin başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırdı. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd etdi.

KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və dövlətimizin başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğuladı. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu dedi, ölkəmizdəki tərəfmüqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirdi.

KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırdı.

O, həmçinin qeyd etdi ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir.

Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirdi, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd etdi. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini dedi.

Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

***

15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
233

Son xəbərlər

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26
Bütün xəbərlər