Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB

15:33 - 01 / 05 / 2024
Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.

Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edildi.

Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulandı.

Dövlətimizin başçısının Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyəti ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qeyd olundu ki, Azərbaycanın və Rusiyanın Şimali Qafqaz regionunun dini liderlərinin əlaqələri xalqlarımız arasında münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edir.

Sonda xatirə şəkli çəkdirildi.

13:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.

Paylaş:
260

Son xəbərlər

“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03
Bütün xəbərlər